Türkiyə Bayraqdarla yeni hərbi maşını birləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə sınaqlarına başlayan silahlı sürücüsüz quru texnikası BARKAN-nı bayraqdar PUA-ları ilə birləşdirir.

Bu barədə HAVELSAN şirkətinin məlumatında deyilir.

Artıq ilin sonunda sözügedən texnikanın Türkiyə ordusunun inventarına daxil olması planlaşdırılır.

“İyun-avqust aylarında sınaqlar keçiriləcək. Sınaqların nəticələrinə əsasən, texnikaların müəyyən modifikasiyalarının olacağı qaçılmazdır. Təkmilləşmə də aparıla bilər. İlin sonuna doğru texnikaları fəaliyyətdə görə bilərik. Xüsusilə pilotsuz uçuş aparatlarının (“Bayraqdar” – red.) dəstəyi ilə bu texnikaların birgə fəaliyyətini təmin etmək istəyirik”, – deyə şirkət rəhbərinin müavini Muhittin Solmaz bildirib.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …