Əfqanıstan qarabağlıları; Qızılbaş irsi

GADTB: Azərbaycanlı jurnalistlərin səfər edib reportajlar hazırladığı Əfqanıstan qarabağlıları haqqında bilinən odur ki. bu ölkədə iki fərqli regionda Qarabağ adlı yaşayış məntəqəsi mövcuddur. Ümumilikdə isə Əfqanıstanda Qarabağ, Qarabağbazar, Qarabağpalan, Qarabağbibi kimi yer adları var.

Güman olunur ki, Qarabağlı tayfalar  18-cə əsrdə Nadir şah zamanında qızılbaş türkmən tayfaları Əfqanıstan ərazisinə köçürülüb. Ehtimal olunur ki. Nadir şahın təşəbbüsü ilə Qarabağ, Urmiya və Həmədan bölgələrindən qızılbaş türkmən tayfaları Əfqanıstanın Kabil, Herat, eləcə də Qəndəhar vilayətlərinə yerləşdirilib.

Dövlətinin sərhədlərini Hindistana qədər genişləndirən Nadir şah qızılbaş tayfalarını məhz şərq sərhədlərini qorumaq üçün Əfqanıstana yerləşdirib. Bu gün də Əfqanıstanda yaşayan Qızılbaşlar üçün Nadir şah xüsusi hörmətlə yad edilir.

Bundan başqa hazırda Əfqanıstanda Əfşar, Əfşar-təpə, Əfşar-nənəkçi, Bayat, Şahağası, Otuzikilər, Şahsevən kimi yer adları mövcuddur.

Əfqanıstanda hazırda mövcud olan Qarabağ adlı iki yaşayış məntəqəsindən biri Kabil şəhərindən 60 km şimalda, Baqram aviabazasının 20 km cənub-şərqində yerləşir. Burada təxminən 20 min insan yaşayır.

İkinci Qarabağ rayonu isə Kabildən cənub-şərqdə Qəzni vilayətinin eyni adlı mərkəzindən cənubda yerləşir. Qəzni vilayətinin 19 rayonundan biri olan Qarabağ rayonunda 60 minə yaxın insan yaşayır.

Qeyd edək ki, Əfqanıstan qızılbaşları bu ölkəyə dövlətin əsas dayağı və hərbi gücü kimi yerləşdirilib. Uzun müddət. Əfqanıstanda məzhəbçilik və tayfa davaları başlayana qədər qızılbaşlar bu ölkədə əsas dövlət postlarında təmsil olunub. əhalinin savadlı və döyüşçü təbəqəsi hesab olunub. Hazırda da Əfqanıstan hökumətində orta və yuxarı məmur təbəqəsi içərisində Qızılbaş əsilli şəxslər üstünlük təşkil edir.

Yeri gəlmişkən, uzun illərdir müharibə və iğtişaşlardan əziyyət çəkməsinə baxmayaraq Əfqanıstan Qarabağ münaqişəsi zamanı hər zaman Azərbaycana dəstək verib. Vətən Müharibəsi başladığı ilk günlərdə Azərbaycana ilk açıq və birmənalı siyasi dəstək verən ölkələrdən biri də Əfqanıstan olub. Burda da müəyyən mənada tarixdən gələn doğmalığın rolu vardır.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …