Ermənistanın Qarabağda terrorçular hazırladığı ortaya çıxdı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Qarabağda terrorçu və muzdlu dəstələr hazırlamaq prosesini dayandırmayıb.

Bu məsələ Teleqramdakı erməni kanallarının yaydığı məlumatlar nəticəsində ortaya çıxıb.

Belə ki, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində “Böyük Tiqran” (Metsn Tiqran) hərbi birliyinin nümayəndələri peyda olub. Birliyin bu ərazidə həm Ermənistan, həm də Qarabağdan olan erməni gənclər üçün hərbi hazırlıq kursları keçdiyi (daha dəqiq desək, terrorçu hazırladıqları – red.) müəyyən edilib.

Muzdlu hazırlığı ilə məşğul olan kurslara mayın 31-dən start verilib. Sosial şəbəkələrdəki paylaşımlar hazırlığın Ağdam rayonunun yaxınlığında yerləşən digər Azərbaycan rayonlarında aparıldığı ehtimalı yaradıb.

Qeyd edək ki, “Böyük Tiqran” birliyi 1989-cu ildə I Qarabağ savaşında iştirak üçün yaradılıb. Onun yaradılmasında Ermənistanın keçmiş baş naziri Vazgen Sərkisyan iştirak edib. Müharibə dövründə batalyonun komandiri sonradan Ermənistan parlamentində təşkil edilən teraktda öldürülün Armenak Armenakyan olub. Batalyon Ermənistan-Azərbaycan sərhədi ilə bərabər Tərtər, Ağdam, Laçın istiqamətlərdə aktiv döyüşlərdə iştirak edib.

Batalyon müharibədən sonrakı dövrdə “Böyük Tiqran” beynəlxalq alayı və “Böyük Tiqran” hərbi təlim mərkəzi olaraq fəaliyyət göstərib. Proses Ermənistan Müdafiə Nazirliyinin (nazir Seyran Ohanyan) nəzarəti altında aparılıb. Ayvazyanın o dönəmdəki açıqlamalarından bəlli olur ki, birlik üzv olmaq istəyənlərə 3 aylıq hazırlıq keçib, sonra sıralarına qəbul edib.

Birlik təkcə Qarabağda deyil, Suriyadakı döyüşçülər üçün də muzdlular yetişdirib.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …