Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Ermənistan ordusu Kəlbəcər, Tovuz və Naxçıvanı atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

İyulun 17-si saat 08:30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Həmçinin yoxlayın

Sevginin anası 277 günlük mübarizə sonra övladı üçün Tehran Vətəndaşlıq Qeydiyyatı İdarəsindən doğum şəhadətnaməsi ala bildi

GADTB: Şimali Xorasan vilayətinin Şirvan rayonundan olan, Tehranın Bumehn şəhərində yaşayan xorasanlı türk ana 9 …

Britaniya: İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verə bilmərik

GADTB: Britaniyanın baş naziri Endi Börnham bildirib ki, ölkəsinin hökuməti ABŞ və İsrailin İranla müharibəsinə …