Cümə axşamı , May 9 2024
azfa

ABŞ molla rejimini nüvə danışıqlarına qayıtmağa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ molla rejiminin qatil prezidenti İbrahim Rəisini 2015-ci il nüvə anlaşmasının bərpası ilə bağlı danışıqlara qayıtmağa çağırıb və bildirib ki, “diplomatiyaya açılan pəncərə əbədi deyil”.

“Reuters” bu barədə yazıb: “Prezident Rəisiyə mesajımız əvvəlki prezidentlərə etdiyimiz mesajla eynidir. Birləşmiş Ştatlar milli təhlükəsizlik maraqlarını bir daha qoruyacaq”, – deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

O bildirib ki, Vaşinqton “İranın diplomatik həll yolu tapmaq üçün fürsətdən istifadə edəcəyinə ümid edir”.

“İranı yaxın gələcəkdə danışıqlara qayıtmağa çağırırıq”, – deyən Prays prosesin sona qədər davam edə bilməyəcəyini əlavə edib.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …