Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Türk Şurasının adının dəyişdirilməsi müzakirə edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin moderatorluğu ilə keçirilən iclasda 2019-cu ildə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə toplantısında bəyan edilmiş, dövlət başçılarının təlimatlarına uyğun olaraq təşkilatın adının dəyişdirilməsi təklifi müzakirə edildi.

Türk Şurası Budapeşt Ofisinin İcraçı Direktoru Janos Hovari, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Qazaxıstanın tanınmış alimi və dövlət xadimi Mırzatay Joldasbekov, Türk Dili Qurumunun başqanı Gürer Gülsevin, TÜRKSOY Baş Katibinin müavini Bilal Çakıcı, tanınmış türkoloq Osman Fikri Sertkaya, ABŞ-ın Miçiqan Universitetinin professoru Timur Kocaoğlu, Özbəkistan Elmlər Akademiyası Arxeologiya İnstitutunun direktoru Fərhad Maksutov, Qazaxıstan Dilçilik İnstitutunun direktoru Anar Fazılcanova, Qırğız-Türk Manas Universitetinin professoru Kadirali Konkobayev, Özbəkistan EA Arxeologiya İnstitutunun direktor müavini Gaybullah Babayarov, AMEA Dilçilik İnstitutu Türk Dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov və digər mütəxəssilər təkliflə bağlı fikirlərini və ekspert rəylərini bölüşdülər.

Tədbirin sonunda mütəxəssislərin fikirləri təhlil edildi və müvafiq təkliflər hazırlandı.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …