Cümə axşamı , Aprel 30 2026
azfa

Tramp Əfqanistanı terrorçu Talibana buraxdığı üçün Baydeni istefaya çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Tramp Taliban Əfqanıstanın paytaxtı Kabili ələ keçirdikdən sonra ölkə başçısı Co Baydeni istefaya çağıraraq deyib: “Co Baydenin Əfqanıstanda yaşananlara görə utancverici istefa vermə zamanı gəldi. Bu, onun üçün mühüm bir şey olmamalıdır. Çünki qanuni şəkildə seçilmədi.”

Bundan başqa, D.Tramp ABŞ prezidentini ölkədəki yeni tip koronavirus rəqəmlərindəki artım, daxili köç, iqtisadi və energetika mövzuları ilə bağlı da tənqid edib. 

Xatırladaq ki, sabiq ABŞ başçısı istefa çağırışından əvvəl yaydığı bir başqa paylaşmada yazmışdı: “Co Baydenin Əfqanıstanda etdiyi “əfsanə”dir, Amerika tarixinin ən böyük uduzmalarından biri olaraq tarixə düşəcək!”

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …