Bazar ertəsi , Dekabr 30 2024
azfa

“Taliban” Əfqanıstanı qurmaq üçün Türkiyədən yardım istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Taliban” sözçüsü Süheyl Şahin Əfqanıstanın dağılmış infrastrukturunu qurmaqla bağlı Türkiyədən yardım istədi.

Süheyl Şahin açıqlamasında Türkiyə ilə yaxşı münasibətlərinin olduğunu iddia edib: “Türkiyə bizim üçün çox əhəmiyyətli bir ölkədir. Dünyanın ən güclü dövlətlərindəndir və İslam ümməti üçün çox xüsusi bir fəaliyyətləri var. Digər tərəfdən Türkiyənin Əfqanıstanla bağını heç bir ölkə ilə müqayisə etmək mümkün deyil. Başqa ölkələrdən daha çox Türkiyənin dostluğuna, dəstəyinə və əməkdaşlığına ehtiyacımız var. Əfqanıstanın zəngin yeraltı sərvətləri var. Ancaq bunları emal etmək gücümüz yoxdur. İşğal və talanlar nəticəsində bütün infrastrukturumuz çöküb. Türkiyə ilə təhsil, iqtisadiyyat, inşaat, enerji və yeraltı sərvətlərin işlənməsi sahələrində əməkdaşlıq etmək istəyirik”.

Qeyd edək ki, Əfqanıstanı ələ keçirən “Taliban” ölkənin 1 trilyon dollar dəyərində zəngin yeraltı sərvətlərinə də sahib olub. Verilən məlumatlara görə, “Taliban” həmin yataqları istismara verə bilsə, dünyanın ən kasıb ölkələrindən olan Əfqanıstanı dünyanın ən varlı ölkələrindən birinə çevrilə bilər. 2010-cu ildə ABŞ-ın ölkədəki araşdırmaları nəticəsində dəmir, mis və qızıl kimi mədənlərlə yanaşı Əfqanıstanın dünyanın ən böyük litium yataqlarından birinə sahib olduğu da ortaya çıxdı. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə istifadə olunan texnologiyanın əsasını təşkil edən litium, təkrar doldurulan cihazlarda və batareyalarda da istifadə olunur.

“Taliban” bir neçə həftə ərzində Əfqanıstanın müxtəlif bölgələrini tuta bildi. Daha sonra 15 avqustda Kabilin ələ keçirilməsi ilə ölkə tamamilə “Taliban”ın nəzarətinə keçdi.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …