Rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Əlirza Fərşi Tehran zindanında döyülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehran zindanında həbsə atdığı azərbaycanlı siyasi məhbus Əlirza Fərşi və başqa məhbuslar oktyabrın 8-də ailələri ilə qısa telefon əlaqəsində özlərinə qarşı məqsədli qarşı təxribat törədildiyini bildiriblər.

Azərbaycanlı siyasi məhbuslar bildiriblər ki, zindanın 5-ci bölməsinə rejimin buraxdığı ağır cinayətlər törətmiş məhbuslar azərbaycanlı siyasi məhbusları döyüb, onlardan bir neçəsinə bədən xəsarətləri yetiriblər. Belə ki, siyasi məhbuslardan bəziləri zindanın tibb məntəqəsinə yerləşdirilib.

Qeyd edək ki, Əlirza Fərşi və başqa siyasi məhbuslar dəfələrlə məhbusların ittihamlarına görə ayrılmaları və yerləşdirmələrini tələb etmişlər.

İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbusları bir yerdə saxlanılır. Rejim bu yolla xüsusi fitnəkarlıq edib siyasi məhbusları cinayətkarların əli döydürüb inşəncə edir.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …