
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Məhkəmə Qərarlarının İcrası İdarəsi Güney Azərbaycanın Qoşaçay şəhərindən olan azərbaycanlı jurnalist, “Miyandan press” xəbər portalının məsulu Mənuçehr Ağayini oktyabrın 27-də həbs edib.
Mənuçehr Ağayi mədəniyyət və media üzrə məhkəmə iclası keçirilmədən rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 8 aylıq həbs cəzasına məhkum edilib.
Azərbaycanlı jurnalist özünün sosial şəbəkə hesabında etdiyi paylaşıma yazılan şərhlərə görə barəsində çıxarılan həbs qərarı barədə yazıb: “Bu qərarın çıxarılmasının səbəbi idarə etdiyi xəbər portalının şərh bölümündə oxucuların yazdığı fikirlər, özünün sosial şəbəkədəki paylaşımları olub. “Teleqram” və “İnstaqram” səhifələrimdə etdiyim paylaşımlar, oxucuların yazdığı şərhlər rejimə qarşı təbliğat nümunəsi kimi dəyərləndirilib”.
“O həmçinin yazıb: “Bu gün özümümü həbs olunmaq üçün hazırlamışam. Bu ancaq paylaşımlarımın yorum bölməsinin açıq olması, insanların öz fikirlərini yazması üçün baş verir. Bu, məhkəmə hakimiyyəti tərəfindən rejimə qarşı təbliğat kimi qəbul edilib. Jurnalistləri təzyiq altında saxlamaq problemlərin həll yolu deyil”.
Mənuçöhr Ağayi bundan öncə “twitter” hesabında etdiyi paylaşıma görə Qoşaçayın dövlət idarələrinin birinin rəisi tərəfindən çağrılaraq döyülmüşdü.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi