Çərşənbə , İyun 24 2026
azfa

ABŞ Avropa ölkələri ilə İranın atom proqramını müzakirə edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan oktyabrın 28-də mediaya aqçıqlamasında ABŞ prezidenti Co Baydenin Avropa səfəri haqqında danışıb.

Ceyk Sallivan dövlət başçısının avropalı tərəfdaşları ilə İranla imzalanmış atom razılaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqlar barədə müzakirə aparacağını bildirib.

Sallivan deyib ki, Bayden üç Avropa ölkəsinin rəhbərləri ilə keçirəcəyi görüşdə Vyanada İranla aparılan nüvə danışıqlarında birgə mövqedən müzakirələrə qatılmaları barədə söhbət aparacaq.

“İranlıların danışıqlara qayıdıb-qayıtmayacaqları hələlik şəxsən mənə tam bəlli deyil. Biz onların danışıqlara hazırlaşması barədə müsbət sinqnallar almışıq.

Ancaq hesab edirəm ki, biz onların həqiqətən də danışıqlar masası arxasına nə vaxt qayıdıb-qayıtmayacaqlarını və ya bu addımı konkret nə vaxt atacaqlarını gözləməliyik.

Biz, xoş niyyətlə Vyana danılşıqlarına və atom razılaşması ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalmağa hazırıq. Ümid edirəm ki, onlar da belə rəftar edəcəklər”, -deyə Amerika Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin anım tədbirində çıxış edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası …