Cümə , İyul 31 2026
azfa

Urmiyada iki yerdə etiraz aksiyası keçirilib

Urmiyanın Gülşəhr bölgəsində darai torpaq sahəsinin sahibləri bu şəhərdə Korporasiya, Sosial Təminat və Məşğulluq İdarəsinin qarşısında toplaşaraq etiraz aksiyası keçiriblər. Onlar həmin ərazini 30 ildən artıq bir müddətdə aldıqlarına baxmayaraq, hələ də qeyri-müəyyən vəziyyətdə olmasına etirazlarını bildiriblər.

Həmçinin Urmiyanın “Təndis” ticarət mərkəzində yerləşən mağazaların sahibləri etiraz aksiyası keçiriblər.

Onlar bu ticarət mərkəzinin bağlanmasına etiraz ediblər.

Qeyd edək ki, Urmiya bələdiyyəsi ticarət mərkəzinin kommunal borcları olduğunu əsas gətirərək onu bağlayıb. Lakin ticarət mərkəzinin sahibi bu iddianı rədd edir.

Həmçinin yoxlayın

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq edib

GADTB: ABŞ Xəzinədarlıq Departamenti İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Bu barədə ABŞ …

Qərbi Azərbaycanda kürd terrorizminin tarixi saxtalaşdırma iddiaları və vilayət rəsmilərinin susqunluğu

GADTB: Qərbi Azərbaycan vilayətində terrorizmi dəstəkləyən qruplar Urmiyanın Bozlusinə turizm bölgəsində yeni lövhə quraşdıraraq ərazinin …