Afrində mərkəzə doğru döyüşlər başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində strateji əhəmiyyət daşıyan Kefer Cennə kəndini terrorçulardan azad edib.

Afrində 6 mühüm mövqedən 4-nün alınmasından sonra Cinderesin mərkəzində şiddətli döyüşlərin başladığı bildirilib.

Bu arada isə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında ağır itkilər verən YPG/PKK terror təşkilatı uşaqları məcburi şəkildə silah altına toplayır.

Bölgədə ələ keçirilən sənədlər və görüntülər terror təşkilatının çirkin üzünü növbəti dəfə ortaya qoyub.

İnsan Haqqları İzləmə Təşkilatı tərəfindən daha əvvəllər də gündəmə gətirdiyi “PKK-nın uşaq döyüşçüləri” bu dəfə onların özlərinin çəkdiyi fotolarla sənədləşdirilib. Ələ keçirilən sənədlər və fotolara əsasən, terror təşkilatının sıralarına cəlb edilən uşaqların 13-17 yaşlarında olduğunu təxmin edilir.

 

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın