Bazar , Sentyabr 27 2026
azfa

Urmiyada 26 Azər- Güney Azərbaycanda türkcə kitablarının yandırılması günü ilə bağlı türk dilində kitablar paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən dekabrın 18-də azərbaycanlı milli-mədəni fəallar Pəhləvi rejiminin 26 Azərdə türkcə kitabları yandırmaqla Güney Azərbaycanda mədəni soyqırım törətdiyi münasibətilə Urmiyada uşaqlara türk dilində çox sayda kitablar payladılar.

Aszərbaycanlı fəallar türk dilində nəşr olunan kitablar paylamaqla, fars şovinistləri tərəfindən türkcə kitabların yandırılması və Azərbaycana qarşı mədəni söyqırımın törədilməsinə etirazlarını bildiriblər.

Həmçinin bu aksiya ilə azərbaycanlı milli fəalalr azərbaycanlı uşaqları ana dilində kitablar oxumağa həvəsləndirmək və qeyri-fars millətlərin dillərinə qarşı düşmənçilik siyasətinin pisləmişlər.

Qeyd edək ki, 1946-cı ildə İran rejiminin qoşunları Azərbaycana hücum edib və yenidən Azərbaycanı işğal etdikdən sonar Azərbaycan şəhərlərində soyqırım törədiblər. Onlar həmçinin dekabrın 17-də türk dilində nəşr olunan dərslik və kitabları kütləvi şəkildə yandırmaqla həmçinin mənəvi soyqırım törədiblər.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …