Ermənistanın Qazaxın 7 kəndini qaytaracağı bildilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Dilican bölgəsində, Azərbaycanın Qazax rayonunun işğal atındakı kəndlərindən keçən dövlət əhəmiyyətli magistrala alternativ şose yolu çəkiləcək.

Ermənistan hakimiyyəti artıq alternativ yolun haradan keçəcəyi ilə bağlı araşdırmalara da başlayıb. Bəzi məlumatlara görə, hətta işlər aparılır. Söhbət Qazaxın erməni işğalı altındakı 7 kəndindən ikisinə – Aşağı və Yuxarı Əskipara hissəsinə alternativ yolun tikintisindən gedir.

“Hraparak” nəşrinin iddialarına görə, bu o deməkdir ki, yaxın vaxtlarda Qazaxın 7 kəndi də Azərbaycan tərəfinə qaytarılacaq. İddia olunur ki, rəsmi İrəvan Zəngəzurdakı “acı təcrübəni” təkrar yaşamamaq üçün indidən alternativ yolun çəkilişinə başlamağı qərara alıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan kəndləri öz nəzarətinə qaytarandan sonra orada da gömrük postu və sərhəd-keçid məntəqəsi quracaq.

Ermənistanın Nəqliyyat Nazirliyi faktı nə təsdiqləyib, nə də təkzib edib. Bildirilib ki, sadəcə bəzi yollarda yenilənmələr aparılır.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …