Şənbə , Sentyabr 26 2026
azfa

Türkiyənin “Turkovac” vaksininin 100 faiz təsirli olduğu bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin yerli peyvəndi “Turkovac”ı hazırlayan elm adamı Aykut Özdarendeli açıqlamalar verib.

Onun sözlərinə görə, peyvəndin koronavirsa qarşı təsirini daha da artırmaq üçün işlər davam edir. O bildirib ki, koronavirus yayılandan sonra peyvəndin hazırlanması üçün işlər başlayıb. Artıq 1 ay sonra nəticə əldə edildi. “3-cü mərhələ ilə bağlı testlər davam edir. Peyvəndin təsirini artırmaq üçün işlər görülür. Omikron növünə qarşı təsirinin hansı dərəcədə olduğunu bilmirik. Amma Delta və Alfaya qarşı təsirlidir. Biz Siçanlar üzərində bunu test edəndə 100 faiz nəticə aldıq” – deyə elm adamı bildirib.

Qeyd edək ki, Türkiyədə “Turkovac”ın istifadəsinə icazə verilib.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …