Cümə , Sentyabr 25 2026
azfa

Xoy şəhərinin Telekomnunikasiya İdarəsinin işçiləri etiraz aksiyası keçirdiyi üçün İdarəyə buraxılmayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy şəhərinin Telekomnunikasiya İdarəsinin işçiləri etiraz aksiyası keçirdiyi üçün İdarəyə buraxılmayıblar. İdarənin mühafizəçiləri onların iş yerlərinə girməsinə mane olublar.

Qeyd edək ki, dekabrın 26-də Xoy şəhərində Telekommunikasiya İdarəsinin işçiləri etiraz aksiyası keçirdikləri üçün rejimin göstərişi ilə idarənin mühafizəçiləri onlara iş yerlərinə girməsinə mane olub. Azərbaycanlı işçilər rütbələndirmə qanununun icra olunmamasına, hüquqlarının pozulmasına və bundan öncə irəli sürdükləri tələblərin yerinə yetirilməməsinə etiraz ediblər. Lakin rəhbərlik işçilərin yenidən iş yerlərinə qayıtmalarına imkan verilməyib.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …