Cümə axşamı , Mart 28 2024
azfa

“Alban” toponiminin necə yaranması haqqında mülahizələr

GADTB: Starbon bildirir ki, “Midiya iki hissəyə ayrılır. Bunlardan biri Böyük Midiya adlanır. Onun əsas şəhəri və paytaxtı böyük Ekbatan şəhəridir… İkinci hissə Atropatena Midiyasıdır.

(Страбон, Xl, 13, 1).

Madaylar da albanlar kimi Azərbaycan xalqının formalaşmısında əsas rollardan birini oynamışlar. Qazaxların içində qeydə alınmış madaylar da, albanlarda qıpçaq türkcəsində danışmaqdadırlar.

Q. Qeybullayevin yazdığına görə hələ çox-çox əski dövrlərdə bir çox müəllif alban etnoniminin və Albaniya toponiminin üzərində başsındırmışlar. Məsələn Pompey Troq (I əsr) alban

adını İtaliyadakı Alban dağının adından törədiyini zənn etmişdir. O bildiri ki, albanlar nə zamansa Heraklın ardınca düşərək Qafqaz gəlmişdilər. Pliniy (I əsr) isə bu xalqın adının onların ağdərili olmasından qaynaqlandığını söyləməkdədir. Bu fikrə Qay Yuliy Solin (III əsr) və İsidor da şərik çıxmışlar (Гейбуллаев Г., 1991, s. 59).

“Albaniya” toponiminin yaranması barədə elmi ədəbiyyatda yekdil fikir yoxdur. Belə ki, A. Yanovskiy, N. Marr, K. Trever, R.

Maqomedov, Z. Yampolskiy kimi bir sıra alimlər bu, toponim latın mənşəlidir və “Dağlar ölkəsi” anlamındadır. Bu fikir “Dağıstan tarixi” kitabında da qeyd edilməkdədir (История Дагестана,

1967, s. 107).

Biz bu fikirlə razı deyilik və hesab edirik ki, “Albaniya” adı alban etnosunun adından yaranmışdı və “Albanlar ölkə-

si” anlamındadır. “Alban” adı isə “Qədim Türk Lüğəti”ndə qeyd edildiyi kimi, “mükəlləf şəxs” anlamı daşıyan kəlmənin (Древнетюркский словарь, 1969, s. 34) zamanla etnonimə çevrilməsi ilə yaranmışdır. Bu adın ilk öncə iskit boylarından biri olan (История Армении Фавста Бузанда, 1953, s. 212) və Azərbaycanın aborogenlərindən hesab edilən massagetlərə şamil edildiyini də söyləmək olar. Belə düşünməyimizə A. Mar-sellinin albanların qədimdə massaget adlandığı (Марцеллин A.,

1949, s. 2-5, 16) barədə verdiyi məlumat əsas verir.

Maraqlıdır ki, həm erməni-hay, həm də alban mənbələrində massagetlərin alban Arsaklarından olan birinci çarı Sanesan // Sanatruk (298-338) “saysız-hesabsız hunların padşahı” kimi təqdim olunmaqdadır (Azərbaycan tarixi. 1994, s. 179). İşin ən maraqlı tərəfi isə budur ki, Vəsrdə yaşadığı söylənilən, erməni-hay

tarixçisi olduğu hesab edilən Аqafengel “nassaget” etnonimi yerinə “masaxa – hunlar” ifadəsini işlətmişdir (Тревер K., 1959, s. 193).

Görünən budur ki, erməni-haylar sonralar alban adı ilə tanınmağa başlayan massagetlərin hun, başqa sözlə türk mənşəli olduqlarını bilir və buna şübhə etmirlərmiş. Bəli, bu belədir.

Belə olmasa idi XIII-XIV əsrlərə aid qaynaqlarda onlardan “elvan” adı altında və türk boylarından biri kimi söhbət açılmazdı (Yınanç, 1941, s. 173).

Qafqaz Albaniyasının (Arranın) önəminə görə ikinci böyük boyu ayrı-ayrı mənbələrdə “gərgərlər”, “xarxarlar” adları ilə də qeyd edilən qarqarlardır. Q. Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi olub. Görünür, qədim

Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, «Kitabi-Dədə Qorqud»da oğuzlarla yanaşı qıpçaqlardan da gen-bol danışıldığı, bu iki türk xalqı arasında

güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq-qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq,

bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa şeyi diktə edir (Гейбуллаев Г., 1991, s. 77-81, 349).

Fakt budur ki, məşhur qırğız-türk dastanı «Manas»da əsərin qəhrəmanı Manasın mənsub olduğu xalq dastanda gah qarqar, gah da qıpçaq adlanır. (Бартольд B., 1968, ll, 1, s. 541). Tarixi qaynaqların birində də XVI əsrdə Qaraqışlaqda baş vermiş hadisələrlə əlaqədar qıpçaq – qarqar xalqının adı çəkilir (Абромзон,

1960, s. 48).

Qarqar etnotoponiminə “Xarxar” formasında ilk səfə e.ə. XII əsrə aid bur Aşşur kitabəsində Güney Qafqazın yaşayış məntəqələrindən biri kimi rast gəlinməkdədir (Tahirzadə Ə., 1991, s. 64; Ağasıoğlu F., 2005, s. 139). “Homer ”Iliada”da Idı dağında Qarqar zirvəsinin və Dardanel boğazından azca aralıdakı Qarqar şəhərinin adlarını çəkir” (Azərbaycanda yaşamış..,

2011). Qarqarlar barədə Strabon (1əsr.) da yazmış, onların Yuxarı Albaniyada, amazonkalarla qonşuluqda yaşadıqlarını qeyd etmişdir. III əsr müəllifi Yustin də qarqarların amazonkalarla qonşu

olduqlarını söyləməkdədir. M. Xorenatsi isə III əsrdə baş vermiş hadisələri təsvir edərkən “Qarqarlar çölü”ndən və Qarqar knyazlığından bəhs etmişdir. Deyilənlərə İppolit Portlunun (III əsr) yazdıqlarını da əlavə etmək lazımdır. O da qarqarların alban və midiyalıların qonşuları olduğunu qeyd etməkdədir. IV əsr müəllifi Pamfila oğlu Yevseviyin yazdıqları da maraqlıdır. O yazır:

“… Bunlarsa Nuhun üçün oğlunun soylarıdır. Onlar Midiyadan Speriyaya, okean sahilindən Akvilona qədər belə sıralanmışlar: midiyalılar, albanlar, qarqarlar… sarmatlar, meotlar, iskitlər…”

(Гейбуллаев Г., 1991, s. 77-78).

Bütün bu məlumatları təhlil edən K Trever belə qənaətə gəlmişdir ki, qarqarlar əvvəllər Quzey Qafqazda yaşamış, III əsrdə Albaniya ərazisinə köçmüşlər (Тревер K., 1959, s. 42). Lakin, Q.

Qeybullayevin də haqlı olaraq qeyd etdiyi kimi, bu fikir həqiqətə uyğun deyildir. İlkin qaynaqların verdiyi məlumatlar göstərir ki, onların adı Albaniya sakinləri kimi ən azı I əsrdən məlumdur.

Üstəlik də, “Alban tarixi”ndə qarqarlar albanlarla birlikdə Albaniyanın ilk hökmdarı Aranın soyundan gələn yerli xalqlar kimi təqdim edilməkdədirlər. Elə həmin kitabda onların köçürülməsi

Makedoniyalı İskəndərin adı ilə bağlanır (Гейбуллаев Г ., 1991, s. 78).

Bəxtiyar Tuncay,

Şablar Hacıyev.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …