Bazar , Sentyabr 20 2026
azfa

Türkiyə Yunan;stana xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan bir tərəfdən ölkəmizə qarşı reallıqdan uzaq iddialar irəli sürərkən, digər tərəfdən həm Egey, həm də Aralıq dənizində beynəlxalq hüquqa zidd olan maksimalist iddialarını və gərginliyi artıran fəaliyyətini davam etdirir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Biz Yunanıstanın ölkəmizin hüquq və mənafelərini müdafiə etmək istəyinin təhdid kimi müəyyən edilməsini və bu istiqamətdə qeyri-real təsəvvür yaratmaq cəhdlərini rədd edirik. Bölgədə təhlükə varsa, bu təhlükə Yunanıstanın gərginliyi artıran birtərəfli hərəkətlərindən irəli gəlir.

Biz bir daha Yunanıstanı təxribatçı ritorika və populist motivlərlə fəaliyyət göstərmək əvəzinə sağlam düşüncəyə qayıtmağa, beynəlxalq hüquqa və beynəlxalq müqavilələrə hörmət etməyə dəvət edirik”, – deyə məlumatda bildirilir.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …