Təbrizdə etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Məhkəmə Hakimiyyəti binasının qarşısına toplaşan pulunu ödəyib avtomobilini ala bilməyən əhali narazı əhali illərdir avtomobillərinin təhvil verilməməsinə etiraz ediblər.

Etirazçılar bununla 53-ci dəfədir ki, eyni tələblə İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin qarşısına toplaşır.

Etirazçılar bildiriblər ki, 4 il əvvəl minik avtomobili almaq üçün şirkətə vəsait ödəyiblər. Lakin bu günədək nə avtomobil əldə edə, nə də ödədikləri pulu şirkətdən geri ala bilirlər. Etirazçılar məhkəmə hakimiyyətinin onların şikayətinə əhəmiyyət vermədiyini deyib, məhkəmə sistemini qorxulu kabus adlandırıblar.

Qeyd edək ki, bundan öncə yanvarın 10-da şirkət tərəfindən pulları mənimsənilən avtomobil alıcıları İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin binası önündə toplaşmışdılar.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …