20 Yanvar faciəsindən 32 il ötdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün qanlı 20 Yanvar faciəsindən 32 il ötür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 146 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Məhz bunun nəticəsində Azərbaycan Türk Milləti uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşdu və Azərbaycan suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, Azərbaycan Türk Milləti o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …