Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika Elmi Səfər Qrupu yola düşüb.

6-cı Milli Antarktika Elm Səfərində iştirak edəcək 20 nəfərlik qrup İstanbul Havalımanından İspaniyanın paytaxtı Madridə yola salınıb. Qrup buradan hazırlıqlardan sonra Antarktikaya yollanacaq.

Təxminən 1,5 ay davam edəcək səfərdə koronavirus (Covid-19) tədbirlərilə bağlı qrup Santyaqo (Santiago) və Puerto-Uilyamsda (Puerto Williams) karantində qalacaq.

Səfər qrupu kosmos elmlərinin fərqli sahələrindəki 14 layihə çərçivəsində araşdırmalar aparacaq. Sözügedən layihələr 29 təşkilatın əməkdaşlığı ilə icra edilir.

Portuqaliya və Bolqarıstandan da səfər qrupunda olacaqlar.

Türkiyədə 2017-ci ildən bəri təşkil edilən Milli Qütb Elmi Səfərləri Prezident Aparatının himayəsi, Sənaye və Texnologiya Nazirliyi öhdəçiliyi, Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK) Mərmərə Araşdırma Mərkəzi (MAM) Qütb Araşdırmaları İnstitutunun koordinasiyası ilə davam edir.

VI Milli Antarktika Elm Səfərində “Milli texnologiya hücumu” ruhuyla yerli imkanlarla inkişaf etdirilən bir çox texnologiya məhsulu da test ediləcək.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …