Türkiyə ordusundan yeni qələbə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO Afrində daha 4 kəndi terrorçulardan azad edib. Celeme, Hapol, Berlane Kuy və Kiçik Karkin kəndləri terrorçulardan tamamilə təmizlənib.

Məlumata görə, bu uğur nəticəsində türk ordusunun mövqeləri ilə Afrin arasındakı ərazidə sadəcə 3 kənd qalıb.

Türkiyə Silahlı Qüvvələrinin Afrinin mərkəzi hissəsinə hücuma hazırlaşdığı bir vaxtda isə mülki insanlar terrorçuların nəzarətindəki əraziləri tərk etməyə başlayıb.

Afrini tərk etmək istəyənlər rejimin nəzarətindəki Nubul və Zəhra ərazilərinə üz tutub.

Afrini tərk etməyə çalışanlara YPG/PKK terrorçuları mane olub. Belə ki, terrorçular Afrinin çıxışında insanların yolunu kəsərək onların döyüş bölgəsini tərk etməsinə əngəl törədiblər.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın