Cümə axşamı , May 7 2026
azfa

Çinin açılış mərasimində ikiüzlülük edib məşəli uyğur xizəkçiyə tapşırması etirazla qarşılanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qış Olimpiya Oyunlarının açılış mərasimində olimpiya məşəlini yandırmaq üçün uyğur xizəkçisi Dinigeer Yilamujiangı seçməklə Çin beynəlxalq ictimaiyyətin diqqətini Çinin Şərqi Türküstandakı uyğurlar və digər etnik azlıqların problemindən yayındırmaq istəyir.

fBu sözləri ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

Qrinfild CNN telekanalına deyib ki, bu seçim “əsl problemdən, uyğurların işgəncələrə məruz qalmasından, uyğurların insan hüquqlarının pozulmasının qurbanı olmasından diqqəti yayındırmaq cəhdi idi”. Diplomat vurğulayıb ki, “bunun şahidi olan” tamaşaçılar “Çində insanlığa qarşı cinayətlərin törədildiyini” başa düşməlidirlər.

Xatırladaq ki, ABŞ ardıcıl olaraq Çin hakimiyyətini Sincan (Şərqi Türküstan) uyğurlarına qarşı repressiya və təqiblərdə ittiham edir. Bununla əlaqədar Vaşinqton Sincandan malların idxalına qadağa qoyub və onların məcburi əmək tətbiqi ilə istehsal edildiyini bildirib. Bundan əlavə, məhz Sincanda insan haqlarının pozulmasına görə ABŞ və onun ən yaxın müttəfiqləri Britaniya, Avstraliya və Kanada Pekin Olimpiadasının açılışına ölkələrin rəsmi nümayəndələrindən ibarət nümayəndə heyətlərini göndərmədən Oyunlara “diplomatik boykot” elan ediblər.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …