Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə dondurulduğunu və dövlətin xeyrinə müsadirə edildiyini açıqlayıb.

Həmədan ədliyyəsinin yaydığı bəyanata görə, həmin şəxslər “düşmənlə əməkdaşlıq şəbəkələri” ilə əlaqədə olmaqda və “milli təhlükəsizlik və maraqlara qarşı fəaliyyət göstərməkdə” ittiham olunurlar. Rəsmilər bildiriblər ki, iş üzrə istintaq hələ də davam edir.

Bəyanatda qeyd olunur ki, müsadirə edilən vəsaitlərin müharibə nəticəsində zərər görmüş obyektlərin – xəstəxanalar, məktəblər, elmi mərkəzlər və ictimai xidmət sahələrinin bərpasına yönəldiləcəyi planlaşdırılır.

Məhkəmə sistemi həmçinin “Mehrdad Maher” adlı şəxsin də əmlakının dondurulduğunu açıqlayıb və onu “düşmənlə əməkdaşlıq şəbəkəsində təsirli şəxslərdən biri” kimi təqdim edib. Bildirilir ki, onun bir mənzil, avtomobil və nağd pul vəsaiti müsadirə olunub.

Son aylarda İranda təhlükəsizlik tədbirlərinin və siyasi ittihamlarla həbslərin artdığı qeyd olunur. İnsan haqları təşkilatları “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” kimi geniş və qeyri-müəyyən ittihamların şəffaf məhkəmə prosesi olmadan tətbiq edilməsinin narahatlıq doğurduğunu bildirirlər.

Tənqidçilər isə hökm çıxarılmadan əvvəl əmlakın müsadirə edilməsini ədalətli məhkəmə və mülkiyyət hüququ prinsipləri ilə ziddiyyət təşkil edən addım kimi qiymətləndirirlər.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …