İran rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Ruzbeh Piri zindanda cinayətkarlarla bir yerə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri fevralın 15-də ailəsi ilə qısa telefon danışığında Təbriz zindanının təhlükəli cinayətkarların saxlanıldığı 15-ci bölməyə köçürüldüyünü deyib.

 Zindanın “Pak” adlandırılan həmin 15-ci bölməsində narkotik alverçiləri, qətl hadisəsi törədən cinayətkarlar və başqa ağır cinayətlər törətmiş məhbuslar saxlanılır.

İran rejimi uzun illərdir azərbaycanlı siyasi məhbuslara və azərbaycanlı milli-mədəni fəallara təzyiq göstərmək məqsədilə ETTELAAT məmurlarının göstərişi ilə təhlükəli cinayətkarlarla bir yerə salınırlar.

Məhbusların Təsnifatı Məcəlləsinin 7-ci maddəsinə uyğun olaraq hər bir məhbus öz qrupunda saxlanılmalı olduğuna baxmayaraq bunun icra edilməməsi dəfələrlə məhbusların etiraz və aclıq aksiyalarına səbəb olub.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …