Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İsrail nüvə anlaşması ilə bağlı narahatlıqlarını bəyan etmək üçün Vyanaya rəsmi heyət göndərib

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İsrail hökuməti İranla nüvə razılaşması əldə edilməsinin son anlarında Tel-Əvivin narahatlığını müzakirə tərəflərinə izah etmək üçün Vyanaya nümayəndə heyəti göndərib.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilir ki, İsrail nümayəndə heyəti dünən Vyanata yollanıb və ilk gün Rusiyanın nüvə danışıqlarındakı nümayəndəsi Mixail Ulyanov və Atom Enerjisi üzrə Beynəlxalq Ajansın sədri Rafael Qrossi ilə görüşüb.

Məlumata görə, nümayəndə heyətinə İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə müavini Coşua Zarka və Atom Enerjisi Komissiyasının siyasət üzrə rəis müavini Gil Reyx başçılıq ediblər.

İsrail nümayəndə heyəti İran istisna olmaqla, danışıqlarda iştirak edən bütün ölkələrin, o cümlədən Çin, Avropa Birliyi, Almaniya, Böyük Britaniya və Amerika nümayəndələri ilə görüşmək niyyətindədir.

Həmçinin yoxlayın

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …

Vəhidə Kərimi: Şəxsi telefonum və “Instagram” hesabım hələ də təhlükəsizlik qüvvələrinin əlindədir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəinin həyat yoldaşı Vəhidə Kərimi özünün “Instagram” səhifəsində paylaşım edərək bildirib …