Azərbaycanlı fəallar Muğanda Beynəlxalq Ana Dili Günü ilə bağlı uşaqlara türkcə kitablar payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın Muğan bölgəsində  21 Fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı azərbaycanlı uşaqlara türk dilində olan kitablar paylayıblar..

Türk dilində çap edilmiş “Şirin dilim”, “Bu nəmənədəi” və “Boyaqlar” adlı uşaq nağılları kitabları Muğanda azərbaycanlı fəallar vasitəsilə paylanılıb.

Qeyd edək ki, hər il Güney Azərbaycanın müxtəlif şəhərlərində yeni təhsil ilinin başlanması, 21 Fevral – Beynəlxalq Ana Dili Günü və 17 dekabr türkcə kitabların yandırılmasının ildönümü ilə bağlı ana dilində kitablar paylanılır.

Bu günə kimi çox sayda azərbaycanlı milli-mədəni və anadilində təhsil tələb edən fəal  qondarma ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum edilib. bu haqlı tələblərlə bağlı Abbas Lisani, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşları, Tohid Əmirəmini, Məhəmməd Eyni, Əkbər Nəimi, Ruzbeh Piri və s. azərbaycanlı fəallar ana dili uğrunda apardıqları dinc fəaliyyətlərinə görə hələ də həbsdədirlər.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …