Cümə axşamı , May 2 2024
azfa

Azərbaycanlı milli fəalların başqa bir grupu azərbaycanlı siyasi məhbus Abbas Lisani ilə görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, başqa bir qrup azərbaycanlı fəallar tibbi məzuniyyətə buraxılan azərbaycanlı siyasi məhbus Abbas Lisani ilə görüşüblər.

Həmin azərbaycanlı fəallar fevralın 20-də Abbas Lisasni ilə növbəti dəfə görüş keçirilərb.

Ərdəbildə Abbas Lisaninin evində keçirilən görüşə Ərdəbil əyalətinin müxtəlif bölgələrindən gələn fəallar azərbaycanlı siyasi məhbusun sağlıq durumu ilə maraqlanaraq, Beynəlxalq Ana Dili Günü ərəfəsində Güney Azərbaycanda dil və mədəni problemləri müzakirə ediblər.

Bundan öncə isə fevralın 15-də çox sayda çox sayda azərbaycanlı fəal Abbas Lisani ilə görüş keçirmişdilər.

Qeyd edək ki, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılmışdı.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb .

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …