Bazar , Oktyabr 18 2026
azfa

İran rejiminin Azərbaycan adı ilə düşmənçiliyi davam edir; Şərqi Azərbaycan adı da təhrif edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Azərbaycan adı ilə düşmənçiliyi davam edir. Qərbi Azərbaycandan sonra İran rejimi Şərqi Azərbaycan adından da Azərbaycan sözünü ləğv etməyə çalışır. Artıq İranın dövlət şirkəti olan “Asanpərdaxt Perşian” onlayn ödəniş şirkətinin yeni ödəniş qəbzlərində Şərqi Azərbaycan əyalətinin adını təhrif edərək “Təbriz əyaləti” kimi yazıblar.

Bu isə haqlı olaraq əhali və sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub.

Bundan öncə İran Rabitə və İnnovasiyalar Nazirliyinin Təbrizdəki bölməsinin Şərqi Azərbaycan əyalətinin adını dəyişdirərək “Azər” əyaləti yazmmışdı. Bu qərəzli təhrif də narazılıqlara səbəb olmuşdu.

İranın keçmiş səhiyyə naziri Səid Nəməki isə həmin Antiazərbaycan siyasətinin davamında 2020-ci ilin iyul ayında rəsmi sənəddə Şərqi Azərbaycan əyalətinin adını “Azər Şərqi”, Qərbi Azərbaycan əyalətinin adını isə “Mahabad” kimi qeyd etmişdi.

Qeyd edək ki, İran rejimi bu yollarla Azərbaycan adı ilə düşmənçiliyini tez-tez büruzə verir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …