Cümə , Sentyabr 25 2026
azfa

Ukraynadan Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət: Gəlib 3500-dən çox rus hərbçisinin meyitlərini Rusiyaya versinlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Beynəlxalq Qırmızı Xaç Komitəsindən öldürdükləri 3500-dən çox rus hərbçisinin meyitlərini Rusiyaya verməyi isatədi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdik ki, döyüşlərdə öldürülən rus hərbçilərinin meyitlərini Rusiyaya göndərməkdə yardım etsin. Bunu Ukrayna baş nazirinin müavini İrina Vereşyuk keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə 3500-dən yuxarı rus hərbçisinin meyiti var:

“Biz onları dəfn edə bilmərik. Buna görə də Beynəlxalq Qırmızı Xaçdan xahiş etdik ki, meyitlərin Rusiyaya göndərilməsində bizə yardım etsin. Bu, humanitar fəlakətin qarşısını ala bilər”.

İ.Vereşyuk eyni zamanda qeyd edib ki, bununla işğala rəvac verən Rusiya rəhbərliyi rus xalqına yaşatdığı acının miqyasını anlayacaq.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …