Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Çox sayda azərbaycan fəal azərbaycanlı siyasi məhbus Abbas Lisani ilə görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəalların azərbaycanlı siyasi məhbus Abbas Lisani ilə görüşləri davam edir.

Bu dəfə isə fevralın 25-də Urmiya və Təbriz şəhərindən olan azərbaycanlı fəallar Ərdəbil şəhərinə gedərək tibbi məzuniyyətə buraxılmış azərbaycanlı siyasi məhbusla görüşüblər.

Günedy Azərbaycanın müxtəlif bölgələrdən minlərlə insanın azərbaycanlı siyasi məhbusla görüşmək istəməsinə baxmayaraq, karantin rejiminə və Abbas bəyin evinin tutumunun məhdud olmasına görə, bu görüşlər müxtəlif vaxtlarda baş tutur.

Görüşdə fəalları maraqlandıran ümumi məsələlər və Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən mədəni tədbirlər müzakirə olunub.

Qeyd edək ki, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılmışdı.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb .

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

ABŞ SEPAH-ın beş əsas komandiri barədə məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib

GADTB: ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramı SEPAH-ın bir sıra əsas komandirləri barədə məlumat …

“Traxtur” komandası “Perspolis”ə qalib gəlib

GADTB: “Traxtur” komandası İran futbol üzrə Premyer Liqasının üçüncü turunun ən prinsipial qarşılaşmasında Təbrizin Səhənd …