Xocalı soyqırımından 30 il ötür

GADTB: 26 fevral 1992-ci il Qarabağın işğalı zamanı Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən Xocalı şəhəri ətrafında ən azı 613 dinc sakinin qətlə yetirildiyi gündür.

Human Rights Watch, İnsan Hüquqlarını Müdafiə Mərkəzi və digər beynəlxalq müşahidəçilərin bildirdiyinə görə, qətliam Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Qarabağın işğalı zamanı Xocalı şəhərinin süqutundan sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan ordusu 366 rus əsgəri ilə birlikdə şəhərdə dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib.

Qırğın nəticəsində 63-ü uşaq olmaqla 613 mülki şəxs həyatını itirib.

Əsrin cinayəti adlandırılan bu vəhşi qətliamda 53 nəfər vəhşicəsinə qətl üsulu ilə (yandırmaq, çarmıxa çəkmə, başını qoparma və ya dərisini soymaq, gözünü çıxarmaq və ya bədənin orqanlarını kəsmək) nəticəsində öldürülüb. 8  ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib.

Qeyd edək ki, artıq dünyanın 16 ölkəsinin parlamenti və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və Qarabağ münaqişəsi arxada qalıb. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır. Bütün işlər başa çatandan sonra məcburi köçkünlərin öz doğma torpaqlarına, evlərinə qayıdışı təmin ediləcək.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …