Cümə axşamı , Sentyabr 24 2026
azfa

Rus desantları Ukraynanın Qostomel bölgəsində ağır itki verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kiyevin Qostomel şəhərində rus desantlarının 20 hərbi maşını məhv edilib. Bu barədə Ukrayna ordusu məlumat yayıb.

Bildirilib ki, şəhərə nəzarət uğrunda şiddətli döyüşlər davam edir:

“Şəhərin yerli şüşə zavodunun yanında düşmən desantının daha 10 hərbi maşını məhv edilib. Döyüşü Ukrayna xüsusi təyinatlıları və onların hazırladığı yerli müdafiə qrupları aparır”.

Bu arada isə Rusiya tərəfindən raketlə vurulan Zaporojye AES-in binasındakı yanğının lokallaşdırıldığı söylənilir. Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

“Saat 05:55-də Enerqodar şəhərindəki Zaporojjya AES-in təlim binasında 2 min kvadrat metr sahədə yanğın lokallaşdırılıb. İlkin məlumta görə, zərərçəkən və xəsarət alan olmayıb”, – məlumatda deyilir.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …