Kərəcdə bir neçə mədəni fəalhəbs olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kərəc şəhərində tanınmış yazıçı və şair Səməd Şəbaninin anım mərasiminə qatılan 20 mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub.  

Səha Murtəzai, Əlirza Səqəfi, Halə Əsgərzadə, İlham Salehi və Səmanə Muradi təhlükəsizlik qüvvələri tərəfindən naməlum yerə aparılıb və daha 15 nəfər fəal bir neçə saat dindirildikdən sonra girov qarşılığında azad ediliblər.

Məlumatda saxlanılan şəxslərin hamısının mobil telefonlarının müsadirə edildiyi, ictimai və mədəni tədbirlərdə iştirak etməyəcəkləri barədə iltizam alındığı bildirilir.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …