Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Ukrayna Rusiyanın 157 təyyarə və 140 helikoterini vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, 24 fevral-12 aprel tarixlərində Rusiya tərəfinin şəxsi heyətində itkilər 19600-ə çatıb.

Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 732 tankı, 1 946 zirehli döyüş maşını, 349 artilleriya sistemi, 111 reaktiv yaylım atəş sistemi, 63 HHM sistemi, 157 təyyarəsi, 140 helikopteri, 1 406 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 124 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …