Çərşənbə , Sentyabr 23 2026
azfa

Təbrizdə tibb işçiləri etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə bir qrup tibb işçisi etiraz aksiyası keçirib.

Etirazçılar aprelin 12-də Şərqi Azərbaycan valiliyinin binası qarşısına toplaşaraq, 5 aydır əmək haqlarının ödənilməməsinə etirazlarını bildiriblər.

Etiraz aksiyası edən tibb işçiləri podratçı şirkətlər tərəfindən müvəqqəti müqavilələrlə işə götürüldüklərini deyiblər.

Tibb işçiləri iş vəziyyətlərinin qeyri-müəyyən olduğunu bildirərək, əmək şəraitlərinin dəyişdirilmədiyini bildiriblər.

Qeyd edək ki, Təbrizdə bu neçənci dəfədir ki, Tibb işçiləri narazı olduqları və vəziyyətlərinin ağır olması ilə bağlı etiraz aksiyası keçirirlər. Lakin hələ də onların problemləri həll edilməyib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …