Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Urmiyada sürücülər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən aprelin 13-də Güney Azərbaycanın Urmiya şəhərində sürücülər etiraz aksiyası aksiyası keçiriblər.

etirazçılar hökumətin sürücülərə subsidiya verməməsinə və gediş haqqının aşağı olmasına etiraz ediblər.

Gəlirlərin aşağı olmasından gileylənən sürücülər bildiriblər ki, avtomobil ehtiyat hissələrinin bahadır və üstəlik tapılmır. Narazı sürücülər deyib ki, iflyasiya ilə gediş haqları uyğun gəlmir və onalrın qazancı cüzidir.

Qeyd edək ki, sürücülər bundan bir neçə gün öncə Urmiyanın Şəhər Şurasının gediş haqlarını 38 % qaldırmasına baxmayaraq bütün məhsulların baha olduğunu deyib, onların gəlirləri ilə yaşayış minimumunun uyğun gəlmədiyini bildiriblər. 

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

GADTB: Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda …

Güney Azərbaycan şəhərlərində benzin qıtlığı və böhranı

GADTB: Yerli sakinlərin məlumatlarına görə, hazırda Güney Azərbaycan üçün aylıq üç benzin limiti müəyyən edilib: …