Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rejimi Qaşqay türklərini ata-baba yurdlarından didərgin salır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Qaşqay türklərini öz ata-baba yurdlarından didərgin salmaq üçün onların evlərini dağıdır.

İranın Təbii Sərvətlər Nazirliyi və terrorçu Sepah-nın silahlı məmurları İsfahan əyalətinin Semirom şəhəri ətrafında yaşayan qaşqay türklərinin evlərini dağıtmağa başlayıb.

Semiromun yaylaq bölgəsində qədimdən yaşayan qaşqayların evlərinin dağıdılması öncədən xəbərdarlıq etmədən baş verib.

İran rejimi evləri dağıdılan Qaşqay türklərinin etirazlarına yalan iddialarla cavab verib. Rejim iddia edib ki, guya onların evləri əkin və otlaq ərazilərində yerləşdiyi üçün dağıdılır. Lakin onlarla qonşuluqda olan digər xalqlara qəətiyyən təzyiq göstərilmir. İran rejimi məqsədli şəkildə Qaşqay türklərini öz ata-baba yurdlarından didərgin salmağı qarşıya məqsəd qoyub.

Bundan öncə isə Qoçkoroğlu bölgəsində qaşqaylar öz torpaq sahələri və otlaqlarında çıxarılmışdı.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …