Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycan Atabəylər dövləti

GADTB: Azərbaycan atabəyləri Azərbaycanlıların çoxəsrlik dövlətçilik ənənələrinin formalaşıb, möhkəmlənməsində böyük rol oynayıblar.

Atabəyləri dövləti bütün tarixi Azərbaycanı – Araz çayının hər iki sahilindəki topraqları əhatə etmiş Azərbaycan adlı ilk türk-müsəlman dövləti hesab olunur.

Sonralar Xarəzmşahların və Çingiz xanın ordularının bölgəni ələ keçirməsi nəticəsində Azərbaycan Atabəyləri dövləti süquta uğrayır. Buna baxmayaraq, Azərbaycanda türk-müsəlman dövlətçilik ənənələri davam edir və elə Çingizilərin dövründə özünü göstərir.

Elə ki, dünya Elxaniləri məhz “Təbrizin şahları” kimi tanıyırdı, yəni, Azərbaycanın paytaxtı hətta belə böyük bir imperiyanın da dövlətçilik mərkəzi sayılırdı.

Bir qədər sonra, XVI əsrdə Qızılbaş dövlətinin banisi İsmayıl ibn Heydər Səfəvi Azərbaycanın şahı titulunu daşıyırdı.

XVIII əsrdə Qızılbaş dövlətinin süqutu ilə Azərbaycan üzərində vahid hakimiyyət qurmağa çalışan ayrı-ayrı Azərbaycan xanlıqları yarandı.

1918 ilində Azərbaycanın şimal (Qafqaz) bölgəsində türk milli məfkurəsini, müsəlman adət-ənənələrini və dünyəviliyi özündə cəmləşdirən, bu gün də mövcud olan cümhuriyyət elan edildi.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …