Şənbə , Oktyabr 24 2026
azfa

Muğanın Germi bölgəsində azərbaycanlı fəallar rejimin yer adlarını təhrif etməsini ifşa etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Muğanın Germi bölgəsində azərbaycanlı fəallar İran rejiminin türk yer adlarını təhrifinə etiraz olaraq adların düz formasını tablolara yazdılar.

 Azərbaycanlı fəallar aprelin 24-də Muğan bölgəsində kənd və yer adlarının təhrif olunmuş formada tablolara yazılmasına etiraz edərək, tabloları qaralayıb və adların düzgün formasını yazıblar.

Qeyd edək ki, İranı irqçi fars rejimi illərdir Azərbaycanda yer adlarını farslaşdırmaqla bu ərazinin tarixi və milli kimliyini məhv etməyə çalışır. Bu irqçi addım isə azərbaycan türklərinin haqlı etirazı ilə qarşılaşır.

Bir müddət öncə Xiyav şəhərinin Korabazlı kəndinin yerli əhalisi və kənd icra nümayəndəliyinin təşəbbüsü ilə burada əski türk yer adlarının bərpa olunmuşdur: “Donuz ölə”, “Yol aşan”, “Hamar”, “Qırmızı təpə” “Aşağı çay”, “Birlik” və başqa bu belə tarixi yer adlarının yazıldığı lövhələr küçələrdə asılmışdı.

Rejimin təhrif siyasətindən narazı olan əhali Şərqi Azərbaycan əyalətinin Məlikan mahalında yerləşən Qaraçal kəndinin əhalisi kənddə fars şairlərinin adlarına olan lövhələri yığışdırıblar.

Əhali həmin adların yerinə Səttarxan, Bağır xan, Şəhriyar, Bağçaban və başqa Azərbaycan şəxsiyyətlərinin adlarına lövhə yazıb, küçələrə asıblar.

Həmçinin yoxlayın

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …