Türkiyə Silahlı Qüvvələri çox sayda PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi əməliyyat zamanı terror təşkilatı PKK-nın onlarla üzvünü məhv edib.

Bu barədə Türkiyə Milli Müdafiə naziri Xulusi Akar jurnalistlərə açıqlamasında deyib.

 “İlkin məlumatlara görə, İraqın şimalında “Pəncə-Kilid” xüsusi əməliyyatı zamanı 61 terrorçu zərərsizləşdirilib” – Akar qeyd edib.

Qeyd edək ki, aprelin 18-nə keçən gecə Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-ya qarşı Hərbi Hava Qüvvələri və xüsusi təyinatlıların da cəlb olunduğu yeni hərbi əməliyyata başlayıb. Türkiyə qırıcıları Metina, Zap və Avaşin bölgələrinə hava zərbələri endirib. Hulusi Akarın sözlərinə görə, əməliyyatın birinci mərhələsinin məqsədlərinə nail olunub. Mülki əhalinin ölümünün, ətraf mühitin, mədəni və dini obyektlərin zədələnməsinin qarşısını almaq üçün əməliyyat maksimum diqqətlə icra olunur.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …