Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Qaradağ mədənlərinin talanmasına etiraz -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Qaradağ mədənlərini talamsı və ətraf mühiti çirkləndirməsi əhalinin ciddi narazılığına səbəb olur. Bu məsələ o qədər kəskin hal almışdır ki, artıq rejimin təyin etdiyi məmurlar da etiraza etməyə məcbur qalırlar.

Güney Azərbaycan Əhər şəhərinin icra hakimi Əbülfəz Qənizadə bölgə mədənlərinin talanmasına və mədəni işlədənlərin öz öhdəliklərinə əməl etməmələrinə etiraz edib.

Qənizadə etiraf edərək bildirib ki, bu mədənlərin istismarı yerli əhaliyə heç bir xeyir vermir.

Əbülfəz Qənizadə deyib ki, mədən istismarçıları bölgədə infrastrukturun yaxşılaşdırılması ilə bağlı verdikləri vədlərə əməl etmir və bu səbəbdən əhərlilərdə onlara qarşı inamsızlıq yaranıb.

Qənizadə həmçinin deyib: “Mədənlərə məxsus ağır texnikaların yolları dağıtması iki qat problem yaradıb və əldə edilən gəlirlərdən yolların təmiri və bərpası üçün heç bir vəsait ayrılmır”.

Qeyd edək ki, Güney Azərbaycanın Əhər bölgəsində yerləşən Anqut Mis Mədəni və qızıl mədənləri yerli olmayan şirkətlər tərəfindən istismar edilir və Güney Azərbaycanın başqa mədənləri kimi çıxarılan xam mal fars bölgələri, o cümlədən Kirmana daşınır.  Bir sözlə İran rejimi müstəmləkəçi kimi Güney Azərbaycanı talayır.

Həmçinin yoxlayın

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb …

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …