Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran adlanan ərazidə rejimə və bahalığa qarşı etirazlar əksər şəhərləri bürüdü-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ərazidə bir çox şəhərlərdə İran rejimi və yaratdığı bahalığa qarşı mitinqlər davam edib.

Əsasən İzə, Durud, Kermanşah, əl-Əhvaz, Cunqan, Şəhrkurd, Əndimeşk və s. şəhərlərdə əhali küçə yürüşü keçirərək rejimə qarşı şüarlar səsləndirib.

Əsasən türklərin yaşadığı Cunqanda rejimin Bəsic Bazası gənclər tərəfindən tutularaq, yandırılıb.

Durud şəhərində etirazçılar rejimin xüsusi qvardiyasını geri oturdub.

İzə şəhərində rejimin polis qüvvələri etirazçılara atəş açıb.

İranın terrorçu Sepah təşkilatı etirazları yatırmağa bəhanə yaranması məqsədilə İzə şəhərində Cümə məscidini yandırıb.

Şəhrkurdda etirazçılar “Yalanşı Rəisi- verdiyin sözlər hanı!” və s. şüarlar səsləndiriblər.

Kermanşahda isə etirazçılar Xameneinin böyük tablosunu yendiriblər.

https://www.youtube.com/shorts/ZoxLsk5fq50

https://www.youtube.com/shorts/Fv5J7zoQkyo

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …