Ukrayna qüvvələri Rusiya sərhədində çataraq, ruslara ağır zərbə endirdilər – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Xarkovda dövlət sərhədinin yaxınlığındadır. Bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Xarkov vilayətinin şimal-şərqi… Ukrayna qüvvələri həqiqətən də əks-hücuma keçib. Biz artıq sərhədin yaxınlığındayıq. Ümid edirik ki, yaxın günlərdə dövlət sərhədinə çıxmağı bacaracağıq”, – deyə Denisenko bildirib.

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb.

Həmçinin son sutkada Rusiyanın 11 hava hədəfi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin HHQ komandanlığı məlumat yayıb.

Bildirilib ki, zenit-raket qüvvələri və quru qoşunlarının hava müdafiə qüvvələri 2 qanadlı raketi, 7 “Orlan-10” PUA-sını, Ka-52 və Mi-28 helikopterini məhv edib. Ukrayna qırıcı və bombardmançıları isə düşmənin qüvvələrinə zərbələr endirib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …