Cümə axşamı , Oktyabr 22 2026
azfa

Təbrizdə divarlara etiraz şüarları yazıldı: “Bıçaq sümüyə dayanmış, can boğaza yığılmış!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəallar posterlər yapışdırmaqla əhalini irqçi fars rejimə və onun bahalıq siyasətinə qarşı etiraza çağırıblar.

Bu məqsədlə mayın 15-də azərbaycanlı fəallar Təbriz divarlarına türkcə şüarlar yazılmış posterlər yapışdırıb. Həmin posterlərin üzərində “Bıçaq sümüyə dirənib, can boğaza yığılıb”, “Səsimizə səs ver millət, çıxış yolu bu gün sabahdır” və başqa şüarlar yazılıb. Beləliklə azərbaycanlı fəallar azərbaycanlıları etiraza səsləyiblər.

Qeyd edək ki, Güney Azərbaycanda hələlik bahalıq və rejimə qarşı əsasən Ərdəbil şəhərində geniş etiraz aksiyası keçirilib. Ərdəbil şəhərinin Şəriəti meydanında mayın 13-də əhali bahalığa və rejimin müstəmləkə siyasinə qarşı etiraz aksiyası keçiriblər.

Etiraza rejimin qüvvələri zor tətbiq edib və əhalini dəyənəklərlə döyərək etirazçıları dağıdıblar. Hələlik tutulan milli fəallardan yalnız Nasir Beheşti və Şükür Qasıminin adları məlumdur.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …