Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Associated Press: Çin hökuməti 10 mindən çox Uyğur türkünü həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin Şərqi Türküstanda on mindən çox uyğur türkünü həbs edib.

Bu barədə “Associated Press” xəbər ajansı məlumat yayıb.

Məlumatda bildirilir ki, Şərqi Türküstanın cənubunda yerləşən Kunaşehr (Köhnə şəhər) bölgəsində yaşayan 10 mindən çox Uyğur türkü Çin hökuməti tərəfindən “terrorçuluq”, “dini radikallıq”, “iğtişaşlar və qarşıdurma yaratmaq” kimi saxta ittihamlarla 2 ildən 25 ilə qədər həbs cəzasına məhkum edilib.

Məlumatda o da qeyd olunub ki, sözügedən bölgənin sakinlərindən hər 25 nəfərdən biri Çin rejimi tərəfindən həbsə atılaraq işgəncələrə məruz qalır.

Həmçinin yoxlayın

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …