Bazar , Dekabr 22 2024
azfa

Çinin uyğur türklərinə qarşı soyqırımı sənədləşdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss bildirib ki, əldə edilən yeni sübutlar Çinin uyğur türklərinə və digər etnik azlıqlara qarşı həddən artrıq zülm etdiyini göstərir və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığından Şərqi Türküstana səfəri zamanı tam və məhdudiyyətsiz giriş icazəsi verilməsini istəyib.

Truss yazılı açıqlamasında bildirib ki, Çin hökumətinin sənədlərində Pekinin Şərqi Türküstanda insan haqları pozuntuları ilə bağlı daha şokedici detallar ortaya çıxıb.

Yeni dəlillər arasında Çinin məcburi əmək, dini etiqad azadlığına ciddi məhdudiyyətlər, valideynlərin uşaqlarından ayrılması, məcburi doğuşa nəzarət və kütləvi həbslər kimi təcrübələr daxil olduğunu qeyd edən Britaniya Xarici İşlər Naziri bunların uyğur türklərinə qarşı rəftarın fövqəladə miqyasını göstərdiyini vurğulayıb.

İngiltərənin Çini beynəlxalq tərəfdaşları ilə hesab sormaqda qərarlı olduğunu bildirən Truss, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletə reallıqları hərtərəfli qiymətləndirə bilməsi üçün bölgəyə tam və qeyri-məhdud çıxışın təmin edilməsi lazım olduğunu bildirib.

Baçeletin səfərini yaxından izlədiklərini vurğulayan Truss xəbərdarlıq edib ki, əgər giriş icazəsi verilməsə, bu, Çinin Şərqi Türküstandakı hərəkətlərini gizlətmək cəhdlərini vurğulayacaq.

Çində 2 yerli polis qurumunun kompüter sistemlərindən hakerlər tərəfindən əldə edilən fayl və fotoşəkillər mətbuatla paylaşılıb. Sənədlər “www.xinjiangpolicefiles.org” saytında da təqdim edilib.

ÇİNİN SİSTEMATİK HÜQUQLARI POZMASI

Son illərdə Çin Sincan Uyğur Muxtar Bölgəsində (Şərqi Türküstanda) uyğur türklərini və digər azlıq üzvlərini hədəf alan sistematik hüquqların pozulması iddialarına görə beynəlxalq tənqid hədəfinə çevrilib.

21 oktyabr 2021-ci il tarixində Nyu-Yorkda keçirilən BMT-nin İnsan Haqları Komitəsinin iclasında Türkiyə də daxil olmaqla (Şərqi Türküstanda) 43 BMT üzvü dövlət birgə bəyanatla çıxış edərək, Sincan-Uyğur Muxtar Bölgəsində 1 milyondan çox insanın “yenidən təhsil mərkəzi”- düşərgələrdə saxlanılan uşaqların işgəncə, pis rəftar, qeyri-insani və ləyaqəti alçaldan cəzalar, məcburi sterilizasiya, cinsi zorakılıq və ailələrindən qoparılması kimi insan hüquqlarının geniş və sistematik şəkildə pozulmasından narahat olduqlarını bildiriblər.

Bəyanatda din və inanc azadlığı ilə yanaşı, hərəkət, toplaşma və ifadə azadlığına məhdudiyyətlərin olduğu, geniş istifadə olunan elektron monitorinq texnologiyalarının qeyri-mütənasib şəkildə uyğurları və digər azlıq nümayəndələrini hədəf aldığı bildirilib.

Pekin administrasiyasının qanunun aliliyinə, insan haqlarını qorumaq üçün milli və beynəlxalq öhdəliklərinə əməl etməli olduğu vurğulanan bəyanatda, “Biz Çini BMT-nin Ali Məclisi də daxil olmaqla müstəqil müşahidəçilərin Sincana (Şərqi Türküstana) sürətli, mənalı və sərbəst girişini təmin etməyə çağırırıq. Bu İnsan Hüquqları üzrə Müvəkkil və onun ofisinin bəyanatında bildirilmişdir.

MƏCBURİ ƏMƏK

Digər tərəfdən, bir çox uyğur türkünün bölgədəki fabriklərdə işləməyə məcbur edildiyi, Sincandakı bəzi iş yerlərinin isə istehsalın “məcburi əmək” yolu ilə edildiyi iddialarının hədəfi olduğu iddia edilib.

2021-ci ilin dekabrında ABŞ Konqresi Çinin Uyğur Muxtar Bölgəsindəki (Şərqi Türküstan) uyğur türklərinin və digər etnik və dini azlıqların məcburi əməyi ilə istehsal olunan malların ABŞ-a idxalını qadağan edən qanunu qəbul edib.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …