Çərşənbə , Sentyabr 23 2026
azfa

İran edama məhkum etdiyi Əhmədrza Cəlalinin mübadilə edilməyəcəyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Məsud Sitayişi İran hökuməti tərəfindən “casusluq”da ittiham olunan İran-İsveç vətəndaşı azərbaycanlı alim Əhmədrza Cəlalinin cinayət işi üzrə hökmün icra mərhələsində olduğunu və onun mübadilə edilməyəcəyini deyib.

Sitayişi İsveçdə ömürlük həbsə məhkum edilən iranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə dəyişdirilməsi məsələsinin gündəmdə olmadığını bildirib.

Beynəlxalq Əfv Təşkilatı daha əvvəl yaydığı bəyanatda İran hakimiyyətini Cəlalini girov götürməkdə və qəddar siyasi oyunda ondan sui-istifadə etməkdə günahlandırıb.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub.

O, daha sonra “İsrailə casusluq etmək” kimi saxta ittihamla edam cəzasına məhkum edilib və həmin dövrdən İran rejimi tərəfindən edama məhkum olunmuşdur.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …