Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanın Şamaxı şəhəri türk dövlətlərinin turizm paytaxtı seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Şamaxı şəhəri 2023-cü il üçün türk dövlətlərinin turizm paytaxtı seçilib.

Bunu Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Mirvahid Azimov deyib.

M.Azimov əlavə edib ki, bununla bağlı bir sıra tədbirlər keçiriləcək:

“İşçi qrupunun və nazirlərin iclasında turoperatorlar və tur şirkətlərinin birgə fəaliyyət göstərməklə bağlı razılığa gəlindi. Turizmin inkişafı üzrə müştərək yol xəritəsi qəbul olunub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu təşəbbüslə ötən il çıxış etmişdi. Hesab edirəm ki, bu yol xəritəsi turizm sahəsində əməkdaşlıq genişlənəcək. Həmçinin biz qərara gəldik ki, qış və qolf turizmi sahəsində sıx əməkdaşlığa imza ataq. Bu bizim təşkilat çərçivəsində yeni istiqamətdir. Bu sahədə əməkdaşlığımızı davam etdirmək və bu məqsədlə ekspertlərin işçi qrupunu təsis etmək qərarına gəldik. Həmçinin Azərbaycan tərəfinin tələbinə əsasən türk ölkələrinin ən yaxşı kəndini seçəcəyik”.

M.Azimov hesab edir ki, bu kənd yerləri arasında rəqabətin aparılmasına və yaxşı kənd yerlərinin seçilməsinə səbəb olacaq.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …